Bakı // 16.07.2019 13:12

Beynəlxalq «JARA» festivalı hər yay Bakıda Xəzər dənizi sahilində keçirilir. "JARA" 4 gün davam edən günəşin batışı unikal rənglərinə boyanmış möhtəşəm konsert, qırmızı xalıda ulduzların dəfiləsi, dörd gün unudulmaz gecə əyləncələri və film təqdimatları, on minlərlə tamaşaçı və milyonlarla televiziya tamaşaçısıdır.

Xüsusi olaraq festival üçün dəniz sahilində inanılmaz video qurğuları ilə təchiz olunmuş heyranedici bir səhnə qurulur.

Festivalda Rusiya və digər xarici ölkələrdən – ifaçılar — musiqili mövsümün hedlaynerləri iştirak edirlər. Bir neçə saatlıq konsert proqramı orijinal xoreoqrafiya, işıq və video şouları, güclü səs və parlaq dekorasiyalar ilə müşayiət olunur.

Bəs "Jara"19 nədir? "Jara"19 — daha çox «ulduz», musiqi, rəqs və müxtəlif ölkələrin qonaqları — sevdiyiniz artistlərlə birlikdə dörd unudulmaz axşam. Bizə qoşulun və inanılmaz enerjini, musiqinin gücünü hiss edin və özünüzlə unudulmaz təəssüratlar aparın.

Festival Heydər Əliyev beynəlxalq hava limanından 14 km məsafədə gözəl mənzərəli Nardaran qəsəbəsində düz Xəzər dənizi sahilində yerləşən beynəlxalq səviyyəli Sea Breeze Resort & Residences çimərlik otelinin ərazisində keçirilir.