Bu yerə qədər marşrutu Google Maps-də göstər baxış sayı: 1678529

TƏSVİR

Ünvan: Mirzə Fətəli Axundov, Şəki, AZ5503

Tarixi-Şəki xanlarının yay sarayı (+1761-1762-ci illərdə Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xanın dövründə tikilmişdir. Hüseyn xan eyni zamanda şair olduğu üçün "Müştaq" təxəllüsü ilə də tanınır. Bəzi mənbələrdə bu saray "Müştaq imarəti" kimi də qeyd olunmuşdur. Qala divarları ilə əhatə olunan Xan sarayı ikimərtəbəli olmaqla altı otaqdan, dörd dəhlizdən, iki güzgülü eyvandan ibarətdir.

Bu bina daha əvvəllər "Divanxana" adlanmışdır. Şəki xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra isə "Qorodskoy sud", yəni şəhər məhkəməsi oldu. Binanın tikintisinə (+1789-1790-cı ildə başlanılıb. Çox vax onun tikilmə tarixini səhvən "Şəkixanovların evi"nin ("Müştaq imarəti" -"Qurğuşunlu Otaq"ın) tikilmə tarixi ilə qarışdırırlar. İndi bizim "Şəki xan sarayı" adı ilə tanıdığımız bu bina, "Məhəmmədhəsən xan Divanxanası", (+1789-1790-cı ildə Məhəmmədhəsən xan tərəfindən tikdirilmişdir. Memar şirazlı Zeynal Abdulladır.

Binanın baş fasadı dünyada analoqu olmayan ən xırda, həndəsi fiqurlara bölünmüş, ağac parçaların aralarına müxtəlif rəngli şüşələr geyindirilmiş şəbəkə pəncərə və qapılardan ibarətdir. Şəbəkələrin hər bir kvadrat metri orta hesabla 5000, mürəkkəb yerləri(+ 14000 ağac və şüşə şəbəkədən ibarətdir. Binada mismar və yapışqandan istifadə edilməmiş, ağac və şüşə parçaları bir-birinə geyindirilmişdir.

Dünya şöhrətli türk şairi Nazim Hikmət saraya baxdıqdan sonra belə yazmışdır: "Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi". Şəki xan sarayının çox böyük şöhrət qazanmış divar rəsmləri XVlll əsrdə yaranmışsa da, sonralar dəfələrlə təmir edilmişdir. Sarayının divar təsvirlərini işləyən bir neçə nəqqaş və ustanın adı binanın içində müxtəlif yerlərdə yazılmışdır. Həmin sənətkarların XlX əsrin sonunda binada işləməsi kitabələrdən məlumdur(+. 1955-1956-cı illərdə memar H.Q Rzayevin lahiyəsi və başçılığı ilə burada geniş bərpa işləri aparılmış və abidə ilkin halına qaytarılmışdır.




VİRTUAL TUR