Yeni kəşf kompüter prosessorlarında inqilab edəcək03.04.201753 izləmə

Yeni kəşf kompüter prosessorlarında inqilab edəcək

Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri prosessorların yaradılması üçün yeni üsul icad ediblər. Texnologiya sayəsində “Mur” qanununun aktuallığını uzun müddət saxlamaq mümkün olacaq.

www.azerbaijan360.az portalı “ictnews” saytına istinadən yazır ki, məlum olduğu kimi, “Mur” qanununa görə, inteqral sxemin hər kristalında tranzistorların sayı iki ildə bir dəfə olmaqla ikiqat artır. Yeni texnologiya hazırda mövcud olan variantlarla müqayisədə daha kompakt çiplər yaratmağa imkan verir.

Bundan sonra ultrabənövşəyi şüalanmanın skan edilməsini gözləməyə ehtiyac qalmayacaq, daha nazik naqillərin öz-özünü qismən yığması prosesindən həzz almaq lazım gələcək. Mütəxəssislərin sözlərinə görə, yeni texnologiyanın hazırkı şəraitdə praktiki tətbiqi kifayət qədər real görünür.

Bunun üçün yalnız litoqrafiyanı qoşmaq və örtüyün hopdurulması prosesini işə salmaq lazımdır. Yaxın gələcəkdə 10 nanometr sıxlığa, az enerji sərfiyyatına və yüksək məhsuldarlığa malik prosessorların satışa çıxarılmasını gözləmək olar.