“Instagram” “Android” istifadəçiləri üçün oflayn rejim istifadəyə verib19.04.2017231 izləmə

“Instagram” “Android” istifadəçiləri üçün oflayn rejim istifadəyə verib

"Instagram"ın bir çox funksiyaları artıq "Android" istifadəçilərinə oflayn rejimdə əlçatandır. Bu haqda "TechCrunch" nəşri yazıb.

"gazeta.ru" saytı yazır ki, indi oflayn rejimdə "like" etmək, şərhlər yazmaq, fotoşəkilləri saxlamaq mümkündür, mobil tətbiq bütün əməliyyatları yadda saxlayacaq və smartfon internetə qoşulan kimi onları yerinə yetirəcək.

"TechCrunch" nəşri yeni funksiyanın "Android" mobil sistemində tətbiqini belə izah edir ki, sözügedən platforma inkişaf etməkdə olan ölkələrdə geniş yayılıb. "Instagram", həmçinin "iOS" sistemi üçün belə funksiyanın tətbiqini planlaşdırır.

Xatırladaq ki, "Instagram" sosial şəbəkəsinin auditoriyası 600 milyondur.

Top