Xaçmaz Tarix Diyarşünaslıq Muzeyi 12182 izləmə

Əlaqə məlumatları Iframe HTML

Ünvan: Xaçmaz şəhəri,Nəriman Nərimanov küç

Xaçmaz Tarix Diyarşünaslıq Muzeyində həm ölkəmizin, həm də Xaçmaz rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat vardır. Yeni muzey Xaçmaz şəhərinin Heydər Əliyev prospektində, Şəxsiyyətlər Muzeyinin ərazisində inşa edilmişdir. İki filial və yeddi şöbədə fəaliyyət göstərən muzeyin 1930-cu ildə tikilən binası 2013-cü ilin əvvəlində yenidən tikilmişdir. Xüsusi memarlıq üslubunda tikilən bina bütün lazımi kommunikasiya xətləri və müvafiq avadanlıqlarla təchiz edilmişdir.Muzeyin birinci mərtəbəsində İstiqlal bölməsi yerləşir. Burada dövlətçilik tariximiz dövrlər üzrə əksini tapmışdır. Bu bölmədə İstiqlal tariximizlə bağlı maraqlı eksponatlar toplanmışdır. Muzeyin ikinci mərtəbəsində tarix-etnoqrafiya bölməsi də fəaliyyət göstərir. Burada müxtəlif dövrlərdə xaçmazlıların həyat tərzini və məişətini əks etdirən eksponatlar yerləşdirilmişdir.Tarix-Diyarşünaslıq Muzeyində ayrıca konfrans zalı, fond və digər texniki otaqlar da vardır.


Bu məkana qədər yolu Google Mapsda göstərmək
Top