Sumuq Qala (Qax) 41889 izləmə

Əlaqə məlumatları Iframe HTML

Ünvan: Qax rayonu, İlisu kəndi, Bucaq məhəlləsi

Sumuq qala — Qax rayonunun İlisu kəndində Bucaq məhəlləsində müdafiə qülləsidir. XVIII əsrdə inşa olunan qala dağlıq ərazilərdə yaşayan insanların ailəsi ilə birlikdə düşməndən qorunmaq üçün yaşayış evinə bitişik inşa etdikləri müdafiə qülləsinin bir örnəyidir. Qüllənin inşasında çay daşından, əhəng məhlulundan və bişmiş kərpicdən istifadə olunmuşdur. Qalanın adıyla bağlı bir sıra mülahizələr mövcuddur. Rəvayətə görə qüllə Sumu xan adlı bir İlisu hakimi tərəfindən inşa etdirilmışdir. Lakin tarixi mənbələrdə Sumu xan yox, sadəcə Usmi (dağlı hakimlərə verilən titul məsələn Qaytaq usmisi) titulu ilə bir müddət sultanlığı ıdarə etmiş Məhəmməd xanın adına rast gəlinir.Sumuq qala ayrıca bütün keçmiş SSRİ məkanında "Qorxma mən səninləyəm" filmi ilə məşhurdur. Yuli Qusmanın çəkdiyi bu musiqili məcara filmində sovet estradasının və kinosunun Polad Bülbüloğlu və Lev Durov kimi məşhur ulduzları oynamışlar.Hazırda qalanın daxilində Qax Tarix-Diyarşünaslıq Muzeyinin ictimai əsaslarla "İlisu sultanlığının tarixi" adlı filial muzeyi fəaliyyət göstərir. "Sumuq qala" rayona gələn yerli və xarici turistlər üçün də xüsusi maraq kəsb edir. Qala tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.


Bu məkana qədər yolu Google Mapsda göstərmək