Sıratağlı Dini-Memarlıq Kompleksi (İçərişəhər) 66164 izləmə

Əlaqə məlumatları Iframe HTML

Ünvan: İçərişəhər, A.Zeynallı 65

Telefon: (+994 12) 437-33-59

Azərbaycanın zəngin maddi-mədəni irsinin daşıyıcısı olan İçəri Şəhər ərazisində tarixi əhəmiyyəti olan yüzlərlə abidə mövcuddur. Bu abidələrdən biri də Qız qalasının şimal tərəfində yerləşən Sıratağlı dini-memarlıq kompleksidir. Son vaxtlara qədər “Bazar meydanı” adlandırılan bu ərazi İçəri Şəhərin ölkə əhəmiyyətli abidələrindən biridir. Sıratağlı dini-memarlıq kompleksi XX əsrin 60-cı illərində Qız qalasının ətrafında köhnə evlər sökülərkən təsadüf nəticəsində aşkar olunmuşdur.Sıratağlı heç şübhəsiz dəfn mərasimləri ilə bağlı dini abidədir. Bu abidə ümumi qəbirstanlıq deyil, dini əhəmiyyət daşıyan müqəddəs bir yer olmuşdur. Bunu abidənin quruluşu, tağlar altında üç yerdə qəbirlərə təsadüf olunması, tağları təmir edərkən onların örtüyündə qəbir daşlarından istifadə olunması, həyətin ortasında aşkar edilmiş daş sütun və bəzi qəbirlərdə sümüklərin topa halında yığılması təsdiq edir. Abidənin hər tərəfdən səki və sütunlu tağlarla əhatə olunmasi müqəddəs Məkkəni xatırladır.Sıratağlı-dini memarlıq kompleksində Azərbaycanın bəzi memarlıq nümunələri-başdaşları,sinədaşları, qədim türklərin bəngüdaş nümunələri nümayiş etdirilir.


Bu məkana qədər yolu Google Mapsda göstərmək