Qax muzeyi 35776 izləmə

Əlaqə məlumatları Iframe HTML

Ünvan: Qax şəhəri, Üzeyir Hacıbəyov 1

1981-ci ildə beş yüzə yaxın eksponatla fəaliyyətə başlayan Qax rayon Tarix-Diyarşünaslıq Muzeyində hazırda rayonun qədim tarixindən soraq verən 11 mindən artıq tarixi və elmi əhəmiyyətə malik əşya mühafizə və təbliğ olunur.Qaxın qədim tarixini özündə əks etdirən Tarix Diyarşünaslıq Muzeyi bura gələn turistlərin və qonaqların ən çox ziyarət etdikləri yerlərdən biridir.Tarix-diyarşünaslıq muzeyinin ekspozisiyası qonaqları diyarın rəngarəng təbiəti və qədim zamanlardan XX əsrə qədər olan dövrü əhatə edən tarixi keçmişi ilə tanış edir. Muzeyin arxeoloji, etnoqrafik, kulturoloji və digər maraqlı kolleksiyaları var. Burada tuncdan, keramikadan məmulatlar, əmək alətləri, silah, milli geyim nümunələri ilə və bir çox digər eksponatlarla tanış olmaq olar.


Bu məkana qədər yolu Google Mapsda göstərmək
Top