Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi 14232 izləmə

Əlaqə məlumatları Iframe HTML

Ünvan: Gəncə şəhəri

Qala Qapısı-Arxeologiya Muzeyinin inşasına 2012-ci ilin yanvarında başlanılmışdır. Bu möhtəşəm abidənin yüksək səviyyədə, tarixi ənənələrə uyğun inşası 2014-cü ilin yanvarında başa çatdırılmışdır. Tarixi Gəncə qalasının beş qapısı olmuşdur. Yeni yaradılan bu abidə şəhərin “Məqbərə qapısı” adlanan qapılarının bərpa olunan variantıdır. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir. Qarşıda 75 metr hündürlüyündə dövlət bayrağı ucaldılmış, ətrafında park salınmışdır. Abidə kompleksinin sağ cinahında Gəncənin gerbi yaradılmışdır. Uzunluğu 62 metr olan yeraltı tunel hər iki qalanı birləşdirir.Darvazalar 1063-cü ildə gəncəli usta İbrahim Osman oğlu tərəfindən düzəldilən Qədim Gəncə qapılarının eskizləri əsasında hazırlanmışdır. Həmin qapılar 1139-cu ildə zəlzələ nəticəsində Gəncə dağılarkən gürcü çarı Demetre tərəfindən Gürcüstana aparılmış və Kutaisinin Helat Monastırında saxlanılır.


Bu məkana qədər yolu Google Mapsda göstərmək