Məhsəti Gəncəvi Mərkəzi (Gəncə) 96638 izləmə

Əlaqə məlumatları Iframe HTML

Ünvan : Gəncə şəhəri, Əttarlar küçəsi

"Məhsəti Gəncəvi Mərkəzi" Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib. 2014-cü il yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərkəzin açılışında iştirak edib. Mərkəzdə şairənin yaradıcılığına həsr olunmuş rəsm qalereyası, tədqiqatçılar üçün oxu zalı, musiqi studiyası, not kitabxanası, muğam, fortepiano şöbələri və iclas zalı var. Oxu zalında Məhsəti Gəncəvinin həyat və yaradıcılığı, ədəbi irsi haqqında kitablar, Azərbaycan, rus və ingilis dillərində elektron formatda şairənin rübailəri, bununla yanaşı Azərbaycanın görkəmli şair və mütəfəkkirləri, Azərbaycan musiqisi və xalçaçılığı aid nəşrlər təqdim olunur.


Bu məkana qədər yolu Google Mapsda göstərmək
Top