Şirvanşahlar Sarayı Kompleksi 145842 izləmə

Əlaqə məlumatları Iframe HTML

Ünvan: Bakı, İçərişəhər,Qala döngəsi 76

Şirvanşahlar sarayıŞirvanşahların (Şirvan hakimlərinin) Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən köhnə iqamətgahıdır. Kompleksə saraydan başqa divanxana, Şirvanşahlar türbəsi, minarəsilə 1441-ci ilə aid saray məscidi, hamam və saray alimi Seyid Yəhya Bakuvinin türbəsi daxildir. Saray kompleksi XIII əsrdən XVI əsrə qədər müddətdə tikilib (Saray daxil olmaqla bəzi binalar XV əsrin əvvəllərində Şirvanşah I Xəlilullahın hakimiyyəti dövründə tikilib). Sarayın tikintisi Şirvanşah I Axsitanın ailə üzvlərini itirdiyi Şamaxı zəlzələsindən sonra paytaxtın Şamaxıdan Bakıya köçürülməsi ilə əlaqələndirilir.1964-cü ildə saray kompleksi muzey-qoruq elan edildi və dövlət mühafizəsinə götürüldü. 2000-ci ildə unikal memarlıq və mədəniyyət kompleksi Bakı şəhərinin qala divarları ilə əhatə edilmiş tarixi hissəsi — İçərişəhərQız qalası ilə birlikdə YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edildi. Şirvanşahlar sarayı müasir dövrdə Azərbaycan memarlığının incisi hesab edilir.


Bu məkana qədər yolu Google Mapsda göstərmək
Top